Azərbaycan Premyer Liqasının 15 futbolçusu cərimələnib
09.04.2008 - 12:46
Azərbaycan Premyer Liqasının 15 futbolçusu cərimələnib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasında çıxış edən 15 futbolçu cərimələnib. “APA-Sport” agentliyinin məlumatına görə, cari mövsümdə ən azı 4-cü dəfə xəbərdarlıq alan futbolçuların hər biri AFFA-ya 50 manat ödəməli olacaq. “Gənclərbirliyi” və ABN daha çox 3 oyunçusuna görə para ödəməlidir. Emil Paşayev, İsmayıl Məmmədov, Ruslan Musayev sumqayıtlıları, Ruslan Hüseynov, Azər Bağırov və Samir Paşayev bərdəliləri ziyana salıb. Paytaxt klubları – “İnter” (Nizami Hacıyev, Mahmud Qurbanov), “Bakı” (Aleksandr Qoqoberişvili, Cəmşid Məhərrəmov) və “Neftçi” (Elnur Allahverdiyev, Vadim Borets) hərəyə 100 manat cərimə ödəməli olacaq. Daha 3 komanda isə bir futbolçusunun vərəqəsinə görə xərcə düşüb. “Masallı” Vüqar Nadirov, “Turan” Erik Obidike, “Simurq” Vladimir Mazyarın aldığı xəbərdarlığın əvəzini 50 manatla ödəyib. Qeyd edək ki, Azərbaycan premyer Liqasının son turunda sarı vərəqə alan 33 oyunçudan 7-si cari mövsümdə ilk xəbərdarlığını alıb.
0