“İnter” 366 gün məğlub olmayan “Olimpik”ə qarşı
25.04.2008 - 11:51
“İnter” 366 gün məğlub olmayan “Olimpik”ə qarşı
Cari mövsümdə ilk dəfə turun matçları üç gündə baş tutacaq ki, buna da “Standard” və “İnter” klublarının ev oyunlarını “Şəfa” stadionunda keçirməsi səbəb olub. Tura yekun vuracaq “İnter” – “Olimpik” matçı məhz mərkəzi oyun sayılır. “Olimpik” rəqiblərini qəbul etdiyi “Şəfa” stadionunda cari mövsümdə ilk dəfə qonaq qismində oynayacaq. Ölkə kubokunun finalına çıxan, həmçinin, Premyer Liqada gümüş medallar uğrunda mübarizə aparan “İnter” bir ildir, məğlub olmayan Əsgər Abdullayevin komandasını sınağa çəkəcək. Premyer Liqanın lideri çempionatda sonuncu dəfə ötən il aprelin 27-də “Xəzər-Lənkəran”la səfər matçında (2:3) uduzub. Başqa sözlə, “Olimpik” “İnter”lə görüşə 366 günlük məğlubiyyətsiz seriya ilə çıxacaq. Kubokdan kənarda qalaraq, bütün ümidlərini çempionluğa bağlayan “Neftçi” son bir ayda 4-cü dəfə “Şəfa”nın süni örtüklü meydançasında oynayacaq. Flaqmanın “Standard”la kubokun 1/4 final mərhələsində də qarşılaşdığını nəzərə alsaq, komandalar cari mövsümdə 4-cü dəfə görüşəcək. “Standard” arxada qalan matçların hamısında “Neftçi”yə məğlub olub. İki aydır qələbə üzünə həsrət qalan Qyoko Hacievskinin çalışdırdığı “Bakı”nı isə “Masallı” ilə qarşılaşma gözləyir. Makedoniyalı mütəxəssisin çempionatdakı debütü də Cənub bölgəsinin təmsilçisi ilə oyuna təsadüf etmişdi və onun komandası əzmkar qələbəyə sevinmişdi. Hələ birinci diviziondan bir-birini yaxşı tanıyan “Qəbələ” ilə “Simurq” cari mövsümdə ölkə kubokunda da münasibətlərə aydınlıq gətiriblər. Premyer Liqada qəbələliləri həmişə məğlub edən “Simurq” kubokda aldığı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Premyer Liqanı tərk etməyə əsas namizədlərdən hesab olunan ABN və “Gənclərbirliyi” ortabab komandalarla görüşlərdə xal ehtiyatlarını artırmaq əzmindədirlər. Sumqayıtlıların rəqibi çempionatda ilk qələbəsini qazandığı və səfərdə qalib gəldiyi “Karvan” olacaq.
Qeyd edək ki, “İnter” - “Olimpik” saat 17:00, “Standard” - “Neftçi” 18:00, qalan matçlar isə 16:00-da başlanacaq. Fərqli vaxtlara salınan “Şəfa” stadionundakı hər iki görüş AzTV ilə canlı yayımlanacaq.

26 aprel
“Masallı” – “Bakı”

Lənkəran. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 1:2

ABN – “Qarabağ”
Bərdə. Şəhər stadionu
İlk dövrədəki oyun – 1:3

“Gənclərbirliyi” – “Karvan”
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
İlk dövrədəki oyun – 2:1

27 aprel
“Standard” – “Neftçi”

Bakı. “Şəfa” stadionu
İlk dövrədəki oyun – 1:3

“Qəbələ” – “Simurq”
Qəbələ. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:2

“Turan” – “Xəzər-Lənkəran”
Tovuz. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:2

28 aprel
“İnter” - “Olimpik”

Bakı. “Şəfa” stadionu
İlk dövrədəki oyun – 0:1

Turnir cədvəli

Klub

o

q

h

m

t

x

1

Olimpik

21

16

5

0

27-4

53

2

Neftçi

21

14

5

2

37-16

47

3

İnter

21

13

4

4

39-16

43

4

Xəzər-Lənkəran

21

12

7

2

38-15

43

5

Simurq

21

9

5

7

28-21

32

6

Qəbələ

21

10

1

10

27-25

31

7

Qarabağ

21

8

6

7

20-16

30

8

Bakı

21

7

8

6

29-22

29

9

Masallı

21

6

4

11

22-36

22

10

Karvan

21

6

4

11

20-25

22

11

Standard

21

5

7

9

24-22

22

12

Turan

21

3

5

13

14-36

14

13

ABN

21

2

6

13

11-36

12

14

Gənclərbirliyi

21

2

1

18

13-59

7



Bombardirlər: Branimir Subaşiç (“Neftçi”), Xaqani Məmmədov (“İnter”) - 14, Junivan Suares (Olimpik) - 11.
0