“Rabotniçki” 433 gündür öz meydanında uduzmur
21.07.2008 - 15:17
“Rabotniçki” 433 gündür öz meydanında uduzmur
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Sabah Bakının “İnter” klubu ilə qarşılaşacaq Makedoniyanın “Rabotniçki” komandası 433 gündür öz meydanında uduzmur. “APA-Sport” agentliyinin məlumatına görə, Çempionlar Liqasının birinci təsnifat mərhələsində paytaxt təmsilçisinin rəqibi olan skopyelilər ötən il mayın 16-dan sonra öz meydanında məğlub olmur. 433 gün əvvəl “Pobeda”ya 1:2 hesabı ilə uduzaraq liderliyi sonda çempion olan rəqibinə verən “Rabotniçki” o vaxtdan qonaqlara 3 xal vermir. Bu müddətdə çempionatda 18, ölkə kubokunda 3, UEFA kubokunda da 3 oyunu evdə keçirən skopyelilər bu 24 qarşılaşmada cəmi 6 heç-heçə edib və 9 qol buraxıb. Bu heç-heçələrin yalnız 3-də qol vurulub. Digər 18 görüşdə qalib olan “Rabotniçki” 44 qol vurub.
0