Azərbaycan UEFA reytinqində irəliləyib
23.07.2008 - 10:01
Azərbaycan UEFA reytinqində irəliləyib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. “APA-Sport” agentliyinin məlumatına görə, Bakının “İnter” klubunun Makedoniyada yerli “Rabotniçki” ilə 1:1 hesablı heç-heçəsi ölkəmizin reytinqdə 41-ci yerə qalxmasına səbəb olub. Bu il avrokuboklarda məğlub olmadığımız ikinci oyunu da hesabına yazan bakılılar mövsüm ərzində topladığımız əmsalı 0,333-ə çatdırıb. Bunun sayəsində son 5 ilin nəticələrinə əsasən hesablanan UEFA reytinqində Azərbaycanın 4,165 xalı var. Bu göstəricidə Estoniyaya çatan ölkəmiz 40-cı olan Makedoniyadan 1,000 xal geri qalır. Qeyd edək ki, Azərbaycanın son 5 ildəki əmsalına “Neftçi” 1,833, “Karvan” 0,833, “Bakı” 0,666, “İnter” 0,333, “Xəzər-Lənkəran”, “Qarabağ”, “MKT-Araz” 0,166 xal qazandırıb.
0