“Əjdahalar” Semihi görməyəcək
16.09.2008 - 10:26
“Əjdahalar” Semihi görməyəcək
Bakı - APA-Sport. “Fənərbaxça” Çempionlar Liqasının qrup mərhələsində ilk oyuna ciddi itkilərlə çıxacaq. “APA-Sport”un məlumatına görə, sabah səfərdə “Portu”ya qarşı keçiriləcək matçda İstanbul klubunun iki əsas futbolçusu forma geyinə bilməyəcək. Braziliyalı müdafiəçi Edu Draçenanın zədə ucbatından komandaya kömək edə bilməyəcəyi qabaqcadan məlum idi. Türkiyə Superliqasının hesabat turundan sonra isə Semih Şəntürk sıradan çıxıb. 25 yaşlı hücumçu ayağından zədə alıb. Bu səbəbdən ispaniyalı baş məşqçi Luis Araqonesin “əjdahalar”la görüşün start heyətində həmyerlisi Daniel Quizaya yer verəcəyi gözlənilir.
0