“Bakı” yeni legionerlərinə 180 min dollar xərcləyəcək
17.12.2008 - 18:00
“Bakı” yeni legionerlərinə 180 min dollar xərcləyəcək
“Bakı” heyətinə cəlb etmək istədiyi legionerlərə görə 180 min dollar xərcə düşəcək. Bu haqda apasport.az saytına klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib. O bildirib ki, portuqaliyalı Joze Rui və polşalı Marçin Şmiyetsin yarım illik icarəsi üçün bu məbləğdən keçəcəklər: “Hər iki legionerin icarəsi ayrılıqda 80-90 min dollardır. Bu məbləği yarım ilə bölərək, futbolçulara aylıq məvaciblərini ödəyəcəyik. Jozenin icarəsi ilə bağlı klubla razılıq əldə etsək də, bununla iş bitmir. Gərək futbolçunun özü də komandamızda oynamağa razılıq versin. Bu məqsədlə Ruinin menecerinin yolunu gözləsək də, ondan hələ də xəbər yoxdur. Nə Bakıya gəlib, nə də zəng edib. Görünür, klubun rəhbərliyi ilə menecerin danışığında fikir ayrılığı mövcuddur və bu səbəbdən yola getmirlər. Ruinin çıxış etdiyi Sofiya MOİK-nin futbolçunu satması isə bizə sərf etmir”.
0