Marçelo Lippi “mavi”lərlə işləməyə hazırdır
08.01.2009 - 21:21
Marçelo Lippi “mavi”lərlə işləməyə hazırdır
İtaliya milli komandasının baş məşqçisi Marçello Lippi Qərbdə aktual mövzulardan sayılan idmanda homoseksualizmin mövcud olması ilə bağlı fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, üç il öncə İtaliya yığmasına dünya çempionluğu qazandıran təcrübəli mütəxəssis futbolda cinsi azlıqların olduğunu düşünmür.

Beləliklə, Lippi sözləri ilə “mavi”lərlə işləməyə hazır olduğunu göstərib: “Düşünmürəm ki, futbolda homoseksuallar var. Hər halda, 40 illik karyeramda “mavi” futbolçuya heç vaxt rast gəlməmişəm. Yəqin ki, seksual oriyentasiyası qeyri-adi olan oyunçular var və onlar bunu gizlədirlər. Futbolçunun görünüşünü nəzərə alsaq, belə informasiya komandanın paltardəyişmə otağında vəziyyəti çətinləşdirə bilər. Hərçənd mən heç vaxt futbolçunu yığmadan yalnız seksual meylinə görə kənarlaşdırmaram”.
0