Subaşiç fotomodel Validə Abbasova ilə yaxalandı- FOTO
18.02.2009 - 16:37
Subaşiç fotomodel Validə Abbasova ilə yaxalandı- FOTO
Azərbaycan futbol yığmasının və “Srvena Zvezda”nın üzvü, hazırda özünə yeni klub axtaran Branimir Subaşiçin gələcək karyerası ilə qəti söz söyləmək qeyri-mümkün olsa da, onun keçmişinə aid maraqlı bir şəkil aşkarlanıb. Apasport.az saytının məlumatına görə, ötən ilin yayında “Neftçi”dən ayrılan serb əsilli hücumçunun eşq macərası yaşadığı gözəlçə müəyyənləşib. Bu, azərbaycanlı fotomodel Validə Abbasovadır.

27 yaşlı futbolçu Bakıda olduğu zaman Validə ilə birgə vaxtını əyləncəyə həsr edib. Seksual geyimi və hərəkətləri ilə “fərqlənən” Validənin Subaşiçlə nə zaman və hansı şəraitdə tanış olması haqda isə heç bir məlumat yoxdur.
0