Tottinin xanımı şou göstərdi - FOTOSESSİYA
18.11.2009 - 14:28
Tottinin xanımı şou göstərdi - FOTOSESSİYA
İtaliyada bir televiziya kanalı futbol adamlarından əl çəkmir. Apasport.az saytının məlumatına görə, bu telekanalda efirə gedən “Çiambretti gecəsi”nə az öncə Fabio Kapello və Joze Maurinyo kimi tanınmış mütəxəssisləri öz verilişinə dəvət olunmuşdu. Həmin vaxt gözəl rəqqasələr intim hərəkətləri ilə məşqçiləri tər tökməyə məcbur etmişdilər. Bu dəfə isə şouya məşhur italiyalı futbolçu Françesko Tottinin özü qədər tanınmış həyat yoldaşı İlari Blazi çağırılıb. Təbii ki, xanımın da qarşısında rəqqaslar çıxış ediblər. Daha doğrusu, onu gənc oğlanlar ehtiraslandırmağa çalışıblar. Kapello və Maurinyodan fərqli, belə vəziyyətlərə düşməkdən az qala zövq alan İlari şounun təşkilatçılarını şoka salıb. Belə ki, gözəlçənin özü də ayağa qalxaraq daha seksual olduğunu rəqsləri ilə nümayiş etdirib və onu çıxılmaz vəziyyətə salmaq istəyənləri peşman edib.
0