Qrup seksi
22.01.2010 - 21:38
Qrup seksi
“Fənərbaxça” rəhbərliyi bir müddət əvvəl bir oteldə qrup sekslə məşğul olan futbolçularını gizlicə cəzalandırıbmış. Lent.az-ın “holigan.com.tr” saytına istinadən verdiyi məlumata görə, seks qalmaqalına adı qarışan futbolçulardan Bilica, Vederson, Lugano, Deivid, Dos Santos və Roberto Karlosa ayrı-ayrılıqda 50 min dollar cərimə kəsilibmiş.

Bu 6 əcnəbi futbolçu ümumilikdə, 300 min dollar ziyana düşüblər. Az əvvəl “Fənərbaxça”dan ayrılaraq Braziliyaya dönən Roberto Karlos, o cümlədən digər 5 əcnəbi futbolçuya qrup sekslə məşğul olduqları oteldən alınan görüntülər sübut kimi təqdim olunub və onlar pul cəzasına etiraz etməyiblər.

Məşqlərə vaxtında gəlməyən və gecə klubundan çıxan zaman avtomobili qəzaya uğrayan Kazım Kazımın, o cümlədən evində pəncərə şüşəsinin qırılması nəticəsində biləyi kəsilən Öndər Turacının komandadan uzaqlaşdırılması fonunda qrup seksdə iştirak edən futbolçulara yalnız pul cəzasının kəsildiyinin üzə çıxması Türkiyə mətbuatında və futbol ictimaiyyətində birmənalı qarşılanmayıb. Əksəriyyət xüsusən Öndər Turacıya haqsızlıq edildiyi qənaətindədir və onun komandaya geri qaytarılmasını zəruri sayır.
0