Adriano “Bakı” haqda nə dedi?
29.01.2010 - 13:53
Adriano “Bakı” haqda nə dedi?
“Bakı”da yüksək səviyyəli futbolçular cəmləşib. Heyətə düşmək üçün rəqabəti anlayıram. Mən buna hazıram”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın braziliyalı futbolçusu Adriano Padilya Nasimento klubun rəsmi saytına açıqlamasında deyib.

Qış fasiləsində transfer olunan hücumçu “Birlik kuboku”nda ümidləri doğrultmadı. Braziliya yığmasında və İtaliyanın “İnter” klubunda çıxışı ilə tanınan məşhur həmyerlisi olan Adrianonun adaşı bu çatışmazlığı ölkə daxili yarışlarda aradan qaldırmaq niyyətindədir: “Günümü ehtiyat oyunçular skamyasında keçirmək niyyətində deyiləm. “Bakı”ya oynamaq və klubu çempion etmək üçün gəlmişəm”.

Qeyd edək ki, “Bakı”ya gələnədək uzun müddət Türkiyədə, hətta Superliqada oynayıb.
0