Çerçesov Kamran Ağayevə qiymət verməyin yolunu göstərdi - MÜSAHİBƏ
25.02.2010 - 18:35
Tanınmış rusiyalı qapıçı, Moskvanın “Spartak” klubunun sabiq baş məşqçisi Stanislav Çerçesovun apasport.az saytına müsahibəsi
- Ponomaryov sizə çoxmu qol vurub?
- Yox. Bunu onun üçün təəssüfləndirici məqam sayıram. Ponomaryov mənə yalnız bir qol vurub, onu da penalti zərbəsindən. Onda hirslənmişdim. İndi isə mənə belə insan qol vurduğuna görə fəxr etdiyimi söyləyə bilərəm.
- Həmin qolu necə xatırlayırsınız?
- Bu, 1988-ci il idi. Mən həmin vaxt “Lokomotiv”də, Ponomaryov “Neftçi”də oynayırdı. O, zərbəni qapının sol küncünə vurdu. Məni topa çatsam da, təəssüf ki, onu qaytara bilmədim. İndi onu deyə bilərəm ki, buna görə şadam.
- Ponomaryovu futbolçu kimi necə xarakterizə edə bilərdiniz?
- Bilirsiniz, maşında motor, kompüterdə hansısa yaddaşlar var. Ponomaryov da komandanın düşünən beyni idi. O, oyunu oxuya, hiss edə, lazımı istiqamətə yönləndirə bilirdi. Əgər topu saxlamaq lazım idisə, o, bunu intuisiya ilə hiss edirdi. Təsadüfi deyil ki, İqor yarımmüdafiədə oynayırdı, orta sahədə mərkəzi rol oynayırdı. Əla hücumçular olan İsgəndər Cavadov, Maşallah Əhmədova meydanda dəqiq ötürmə verən yaxşı futbolçu lazım idi. Ponomaryov da belə yarımmüdafiəçi idi. Buna görə mən Cavadov, Əhmədov və Ponomaryovu ayrıca yox, qüdrətli üçlük kimi nəzərdən keçirirdim. Bu, bizi Bakıda həmişə gözləyirdi. Bu üçlüyün qeyri-standart oyununa xüsusi köklənirdim. Elə oyun olurdu ki, bu, yalnız onların hamısına aydın idi. Mənim kompüterim hərdən zaylayırdı. Ancaq bu, xoşbəxtlikdən tez-tez olmurdu.
- Ponomaryov SSRİ-nin yeniyetmələr, gənclər, olimpiya yığmasında böyük uğurlar qazansa da, əsas yığmada karyerası alınmayıb. Sizcə, bu, nə ilə bağlıdır?
- Hər birimiz eyni mağazaya girəndə oradan yeni geyimlə çıxacaq. Mən deməyəcəyəm ki, bizdən kim yaxşı, kim pisdir. Yəni hər birimiz bir şey seçəcək. Birinə “belə baxanda pis geyinməmisən”, digərinə “üstündəki bu nə zay geyimdir”, başqa birisinə “bu geyimi hansı kataloqdan götürmüsən” deyəcəklər. Futbolda da belədir. Hər bir məşqçinin öz zövqü var. Mən təsadüfən demirəm ki, dahi məşqçimiz olan Anatoli Bışovets onu SSRİ yığmasına götürdü və olimpiya çempionu etdi. Digər məşqçilər Ponomaryovu götürmədisə, deməli, onda yaxşı cəhətləri nəsə götürməyiblər. Futbolçudan komandasına lazım olan şeyləri götürmək məşqçi işinin incəliyidir. Bışovetsin komandasına İqor lazım idi, o, bunu gördü və götürdü. Onlar bir-birini sevindirdilər. Bışovets Ponomaryova ümid verdi, o da bunu doğrultdu və nəticədə yaxşı tandem alındı. Burada iki olimpiya çempionu var. Ponomaryov olmasaydı, heç kim bilmir ki, kim çempion olacaqdı.
- Ponomaryovla bir komandada oynamaq istərdinizmi?
- Bunu İqordan soruşmaq lazımdır. Bu gün ev yiyəsi odur. Soruşmaq lazımdır ki, o, məni yanında görmək istərdimi? Mən belə düşünürəm ki, hə. Onunla heç vaxt bir yerdə oynamamağım mənim üçün üzücü məqamdır. Ona qarşı oynamaq xoşbəxtliyi isə mənə nəsib olub.
- Ancaq uzun illər oynadığınız Moskva “Spartak”ı Konstantin Beskovun baş məşqçiliyi dövründə onu heyətində görmək istəyirdi...
- Bunu deyə bilmərəm. Mən bu haqda bilmirəm. Bunu mərhum Konstantin Beskov bilirdi.
- Bir müddət öncə Rusiya mətbuatına verdiyiniz müsahibədə AFFA-nın nümayəndələri ilə görüşdüyünüz, müəyyən məsələlərlə bağlı əməkdaşlığı və sair müzakirə etdiyinizi bildirmisiniz. Bilmək istərdik ki, münasibətlərinizi rəsmiləşdirməyinizə nə imkan vermədi?
- Məni düzgün başa düşməyiniz lazımdır. Çünki mən praktiki olaraq heç bir rəsmi nümayəndə ilə görüşməmişəm. Futbolda belə şeylərin necə olduğunu bilirsiniz də. Mən Moskvada Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirə gəlmişdim. Orda topa ilk zərbəni vurdum, mükafatlandırmanı keçirdim. İnsanların içində olanda həmişə səninlə maraqlanırlar, harada çalışdığını soruşurlar. Mən də belə söhbət zamanı dedim ki, əlbəttə, Azərbaycanda işləmək mənim üçün maraqlı olardı. Amma mənim üçün əfsuslar olsun ki, məsələ konkret danışıqlara gəlib çatmadı. Hamı məni yaxşı tanıyır. Əgər bu, mənim üçün maraqlıdırsa, “hə”, maraqlı deyilsə, dərhal “yox” deyirəm. Əgər Azərbaycanda işləməyin mənim üçün maraqlı olduğumu söyləmişəmsə, deməli, bunu ürəkdən demişəm. Azərbaycan yığması ilə bağlı təklif konkret olsaydı, danışıqlar stolu arxasına əyləşər, nədəsə razılığa gələ bilərdik. Razılaşın ki, Azərbaycanda müəyyən potensial var. Sadəcə, onu inkişaf etdirmək lazımdır. Azərbaycanı tarixini, futbolunu bilirəm. Razılaşın ki, belə olanda asandır. İndi durub söhbətləşirik, eyni dildə danışırıq, bir-birimizi, istənilən sual-cavabı başa düşürük. Allahın köməyi ilə məsələ konkret səviyyəyə çatsa, sakitcə danışıb proqramı tərtib edə bilərik. Bunun olub-olmadığını soruşurlar. Məsələni dərindən bilmədiyin halda, necə proqram ola bilər? İstənilən proqramı qurmaq olar, ancaq ən əsası, bunu reallaşdıra bilən insanı tapmaq lazımdır. Bu başlanğıcdır. Proqram məhz bu ölkə üçün tərtib olunmalıdır. Məndən soruşanda ki, filan komandanı qəbul edə bilərsən, cavabım “bu, hansıdır, orada köməkçim var” olur. İstənilən komandada ona uyğun gələn köməkçi lazımdır. Çoxlu dostlarım olsa da, onları məhz bu komandaya götürmərəm. Ora kim yararlıdırsa, ona üstünlük verərəm. Mentalitet və başqa məqamlar var. İşləri görməyə imkan verən müəyyən mühit olmalıdır.
- Belə qənaətə gəlmək olar ki, sizə Azərbaycan futbolu təkcə yox, klubda çalışmaq baxımından da maraqlıdır?
- Məsələyə baxmaq üçün söhbət futboldan yox, kikboksindən getsəydi, orda da nəsə edə bilərdim. Bu, mənim peşəmdir və heç bir şəxslə dialoqdan imtina etməmişəm. Çünki səndən nə istədiklərini heç vaxt bilmirsən. Bu, mənim yox, müasir futbolun tələbləridir. Sonda işi görən məşqçidir. Deməli, nə haqdasa düşünmək olar. Sizin ən yaxşı məşqçilərinizdən olan Kazbek Tuayev yerlimdisə, Azərbaycan futbolu mənim üçün necə yad ola bilər?
- Yəqin ki, Tuayev və Ponomaryovla söhbətləşdiniz. Maraqlıdır, daha çox nə haqda danışdınız?
- Təbii ki, hansısa iş haqda söhbətləşmədik. Sadəcə, ümumi söhbətlər etdik. Tuayev mənim böyüyümdür.
- Milli komandanızın baş məşqçi postuna gəlişinizlə bağlı məsələ müzakirə olanda Tuayev namizədliyinizi dəstəkləyirdi. Bəlkə yerli olduğunuza görə belə deyir?
- Mən belə deməzdim. Başqa cür deyərdim ki, Tuayev peşəkardır.
- Ponomaryova hansı təbriklərinizi çatdırardınız?
- Biz kişi olduğumuzdan ucuz söz deməyi sevmirəm. İqorla zəngləşən zamanı ona dedim ki, heç nəyə görə narahat olma, bütün iş-gücümü həmin günü Bakıda olacağam. Ponomaryov elə bir kişidir ki, həm dostluq etməyi, həm də döyüşməyi bacarır. Mənim anlamımda bu iki cəhət kişiləri gözəlləşdirir və başqa cinsin nümayəndələrindən fərqləndirir. Ponomaryovun məhz bu xüsusiyyətlərinə görə buradayam. Mən çox xoşbəxtəm ki, onu dostum adlandıra bilərəm. Siz də fəxr edə bilərsiniz ki, respublikanızda belə insan, peşəkar, kişi böyüyüb, yaşayır və Allah ona uzun ömür versin. 50 yaş nədir ki? Biz hələ həyata yeni başlamışıq. Bundan sonra da dostluq edəcəyik.
- Ponomaryovla kəşfiyyata gedərdinizmi?
- Gedərdimmi? Mən onunla kəşfiyyatdan qayıdardım. Başqası ilə qayıtmazdım.
- Sirr deyilsə, Ponomaryova nə hədiyyə etdiniz?
- Avstriyadan gəldiyim üçün oradan “svarovıy kristal”dan olan şam gətirmişəm. Ponomaryov mənə zəng edəndə Andrey Makareviçin şamlarla bağlı mahnısına qulaq asırdım. Hədiyyələr fərqli olur. Bizim 15 yox, 50 yaşımız var, hədiyyəmiz da dəyərli olmalıdır. Allah qoysa, həmin şamlar yananda onun da ocağı heç vaxt sönməsin, həmişə xoşbəxt olsun. Evində bir yerində dayanan həmin şamla yananda Ponomaryov həmişə məni xatırlayacaq. Bir gün bu saatı, sabah başqasını taxmaq olar. Ancaq şam həmişə yanacaq.
- Azərbaycan və Rusiya yığmaları arasında Bakıdakı oyunu izlədinizmi?
- Yox. Mənim yaşadığım dağlarda həmin kanal tutmur (gülür). Moskvadakı görüşü izləmişəm və deyə bilərəm ki, oradakı oyun daha yaxşı idi. Hərçənd Moskvada yığmanız uduzdu.
- Milli komandamızın əsas qapıçısı gənc həmkarınız Kamran Ağayevdir. Onun haqda məlumatınız var?
- Kamran Ağayevin necə oynadığını bilirəm. Ancaq qiymət vermək üçün gərək onunla söhbətləşim. Məhz bundan sonra onun potensialının həqiqətən böyük olduğunu deyə bilərəm.
- Sizin üçün ən yaxşı azərbaycanlı qapıçı kimdir?
- Sergey Kramarenko.
- Bəs Aleksandr Jidkov?
- Jidkovla yığmada bir yerdə oynamışam. Ancaq o, əslən azərbaycanlı yox, rusdur (gülür). Jidkov sizdə oynasa da, azərbaycanlı qapıçı deyil. Kramarenko isə sizinkidir.

0
0