Məşhur futbolçu qumardan 5 milyon avro qazanır
24.03.2010 - 16:00
Məşhur futbolçu qumardan 5 milyon avro qazanır
Məşhur italiyalı futbolçu Françesko Totti qumar oynadığını etiraf edib. Apasport.az saytının məlumatına görə, “Roma”nın 34 yaşlı kapitanı boş vaxtlarında poker oyununun ona daha çox zövq verdiyini bildirib. Adı açıqlanmayan tanınmış poker saytı ilə sponsorluq müqaviləsi olan Totti bundan ildə 5 milyon avro əlavə gəlir əldə etdiyini söyləyib: “Mən həftədə üç dəfə poker oynayıram. Hərdən bunu internetlə edirəm. Adətən komanda yoldaşlarımla oynayıram. Ən maraqlı rəqiblərim Mekses, Menez və Kassettidir. Ancaq ən çox Meksesin ciblərini boşaltmaq istərdim”.

Qeyd edək ki, Avropada ilin ən yaxşı futbolçusunu müəyyənləşdirən məşhur “France Football” nəşri Tottini dünyanın ən varlı 20 futbolçusu arasına daxil edib.
0