Devid Bekhem 3 aylığa seksdən məhrum edildi
29.03.2010 - 16:17
Devid Bekhem 3 aylığa seksdən məhrum edildi
İki həftə öncə daban nahiyəsindən aldığı zədə İngiltərə yığmasının və “Milan”ın futbolçusu Devid Bekhemi seksdən də məhrum edib. Apasport.az saytının məlumatına görə, 35 yaşlı yarımmüdafiəçinin qarşıdakı 3 ay ərzində intim münasibətdə olmasına qadağa qoyulub. Çünki seks zamanı edilə biləcək hər hansısa yanlış hərəkət zədəni daha da ağırlaşdıra bilər.

Finlandiyada cərrahiyə əməliyyatı keçirmiş Devidin payızda sağalacağı proqnozlaşdırılır. O, yaşıl meydançaya çıxa bilməsə də, İngiltərə milli komandasının baş məşqçisi Fabio Kapello ulduz futbolçunu 11 iyun - 11 iyul aralığında CAR-da gerçəkləşəcək dünya çempionatına aparacağını deyib.
0