Əhməd Ələsgərov: Gənc futbolçularımıza tövsiyəm odur ki, Azərbaycanda qalmasınlar
06.10.2010 - 14:19
Oktyabrın 5-də 75 illik yubileyini qeyd edən Azərbaycanın ən tanınmış məşqçilərindən olan Əhməd Ələsgərov “Toplu Bakı” jurnalına müsahibə verib. Apasport.az saytının məlumatına görə, uzun illərdir Ukraynanın Odessa şəhərində yaşayan “Bakı”nın sabiq vitse-prezidenti bu klubla qazandığı çempionluğu, uşaqlığını, futbola gəlişini xatırlayıb, oyunçularımıza tövsiyələrini verib.
- Sizi 75 illik yubileyiniz münasibətilə təbrik edirik. Özünüzü bu yaşda necə hiss edirsiniz?
- Yaxşıyam. Azərbaycandan zəng gələndə çox sevinirəm.
- Uşaqlığınızdan başlayaraq həyat yolunuza qısa nəzər salmaq istərdik. Uşaqlığınızı necə xatırlayırsınız?
- Uşaqlığım Bakıda keçib. II dünya müharibəsi zamanı ibtidai sinifdə oxumuşam. Kasıbçılıq içində yaşamışıq. 1945-ci ildən sonra yavaş-yavaş hər şey düzəlməyə başladı. Mənim məktəb və digər işlərdən savayı əsas işim futbol oynamaq olub. Futbola çox tez başlamışam. 5 yaşımda axşama kimi məhəllədə oynayırdım. Rəsmi olaraq 8 yaşımda Razin qəsəbəsində (indiki Bakıxanov qəsəbəsi) yerləşən Uşaq Futbol Məktəbinə gedirdim. Konstantin Petroviç Kuznetsov mənim ilk müəllimim olub. Oranın uşaq-gənclər komandasında ən yaxşılardan olduğum üçün məni tezliklə “Neftçi”yə götürdülər. Düzdü, gürcülər də istəyirdilər, amma alınmadı. 18 yaşımda məni orduya çağırdılar. Paralel olaraq “Neftçi”də məşq edirdim. Sonra məni sifariş vərəqəsinə saldılar və oynamağa başladım.
- Əhməd müəllim, ötən əsrin 50-60-cı illərindəki Bakı ilə indiki Bakı arasında hansı fərqləri görürsünüz?
- Son vaxtlar Bakıya tez-tez gələ bilmirəm. Bakı gözəl şəhərdir. O günü-gündən dəyişir. Amma mən onu müasirləşmiş formada yox, elə 50-60-cı illərdə olduğu kimi sevirəm. Bakı mənim ilk məhəbbətimdir. Dar küçələri, dalanları “Tarqovi”sıyla, milyonçuların tikdirdiyi binaları ilə sevmişəm Bakını... Odessa da gözəl şəhər hesab edilir. Yaşıl, təmiz, böyük şəhərdir. Ən əsası, futbol mühiti var burada... Ona görə burada yaşayıram.
- 1966-cı ildə “Neftçi”nin baş məşqçisi idiniz. Həmin vaxt Azərbaycan komandası ilk dəfə ittifaq birinciliyində bürünc medalları qazandı. Bu möhtəşəm uğurun memarı kimi necə xatırlayırsınız o günləri?
- İş onda idi ki, biz o vaxt futbol oynaya bilirdik. Biz nəinki bürünc, hətta gümüş medalları də ala bilərdik. Ətrafımızda o qədər səs-küy yaratmışdılar ki, bir az özümüzü itirmişdik. Çünki bizdən heç kim belə uğurlu çıxışı gözləmirdi. Sonra mən SSRİ yığma komandasında ikinci məşqçi də işlədim. Bundan başqa, “Neftçi” və “Çernomorets”i yüksək liqaya çıxarmışam. Ukraynalılarla da uğurlarım olub. İkinci yeri götürmüşük. Futbolçularımı İspaniya və İtaliyadan istəyirdilər. O vaxt İtaliya klubları bura yoldaşlıq oyunları keçirməyə gəlirdilər. Onlarla başa-baş oynayırdıq.
- Səhv etmirəmsə İtaliyada məşqçilik kursunu bitirmisiniz?
Hə. Oxumağa Moskvadan göndərmişdilər. İmtahan indiyə kimi yadımdadır. Bileti çəkdim, oturdum. Mənə 1 nömrəli bilet düşmüşdü. 3 sual vardı. 4-cünü komissiya üzvləri şifahi verirdi. Hamıdan tez cavab verdim. Məndən razı qalmışdılar. Ondan sonra Moskvaya qayıdıb, daha bir imtahan verdim. Bu, yüksək liqada işləyə bilmək üçün idi. Orada da hamıdan birinci olmuşam. Təvazökarlıqdan kənar olsa da, mən həmişə birinci olmaq istəmişəm. Özümü öymürəm. Həyat prinsipim belə olub.
- Sizə təvazökarlıqdan kənar bir sual verim. Əgər sirr deyilsə bürünc medalınız haradadır?
- (Gülür) Medal burdadır, evdə. Odessada.
- Bildiyiniz kimi ölkəmizdə futbol yeni mərhələyə qədəm qoyub. Meydançaların tikilməsi , müxtəlif yaş qrupları üzrə çempionatların təşkili futbola olan marağın artmasına səbəb olub. Azərbaycanın canlı əfsanəsi kimi bu istiqamətdə hansı məsləhətləriniz var?
- Düzünü desəm o qədər də məlumatlı deyiləm. Əvvəllər mənə AFFA-dan, İdmanla bağlı idarə və təşkilatlardan, futbol klublarının rəhbərləri tərəfindən zənglər olurdu. Tez-tez əlaqə saxlayırdılar. Sonradan yaddan çıxmağa başladım. Bir neçə adamdan savayı, heç kim bu barədə məndən heç nə soruşmur, yararlanmır.
- Futbola gələn yeniyetmələrə hansı sözünüz var?
- Əsas odur ki, futbolla yaşayasan. Əgər ağlında ancaq top oynamaq, futbol varsa, hər şey yaxşı olacaq. Qalan şeylər olmasa da olar. Futbol geniş olaraq Azərbaycanda 60-cı illərdə, bizim vaxtımızda yarandı. Onu sevgimizlə yaratmışıq. Gənclərə tövsiyəm odur ki, yetişən kimi Avropaya getsinlər. Azərbaycanda qalmasınlar. Yayılsınlar Hollandiyaya, İspaniyaya, Almaniyaya. Axın çox olsa, ölkə futbolu da inkişaf etməyə başlayacaq.
- Son iş yeriniz “Bakı” olub. Bu klubda müşavir və vitse-prezident kimi çalışmısınız...
- O vaxtkı “Bakı” rəhbərliyi klub qurmaq üçün mütəxəssis axtarırdı. Nail Əliyev klub adından məni dəvət etdi. O insanların futbola olan həvəsləri, futbolla yaşaması məni çox sevindirirdi. Onlar futbolu bilən insanlar idi. Biz “Bakı” komandası ilə Azərbaycan çempionu olduq.

0
0