“Məğlub olsaq da, həvəsdən düşmürük”
05.11.2010 - 17:09
"Bu gün Azərbaycanın ən güclü komandalarından biri ilə mübarizə apardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri MOİK klubunun baş məşqçisi Ramil Əliyev deyib.
Gənc çalışdırıcı Unibank Premyer Liqasının XII turunun “Qarabağ”la oyunundan sonra təşkil edilən mətbuat konfransında 0:3 hesablı məğlubiyyət haqda fikirlərini açıqlayıb. Əliyev yetirmələrinin Premyer Liqada qalmağa çalışacağını bildirib: “Məğlub olsaq da, həvəsdən düşmürük. Əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Qarşıdakı turlarda xal ehtiyatımızı artırmağa çalışacağıq”.
Mənbə: pfl.az

0
0