Georgi Adamiya intriqanı artırdı
06.11.2010 - 00:02
Georgi Adamiya intriqanı artırdı
Ağdamın “Qarabağ” klubunun gürcü futbolçusu Georgi Adamiya bombardirlər yarışında intriqanı artırıb. Apasport.az saytının hesablamalarına görə, komandanın ən məhsuldar oyunçusu olan hücumçu AZAL-dakı litvalı həmkarı Qvidas Yuşkaya yaxınlaşıb.

MOİK-lə ev oyununda qol vuran Adamiya Yuşka ilə fərqi minimuma endirib. Georgi “Gəncə”nin braziliyalı hücumçusu Junivan Suares kimi 6 qol vursa da, ondan az dəqiqə meydanda olduğuna görə üstündür. MOİK-lə görüşdə dubl edən Rauf Əliyev isə qollarının sayını 6-ya çatdıraraq, ilk “onluğa” düşüb.

Unibank Premyer Liqasında bombardirlər siyahısı

1

Bahodir Nasimov (Özbəkistan)

“Neftçi”

11

944

12

2

Qvidas Yuska (Litva)

AZAL

11

816

7

3

Georgi Adamiya (Gürcüstan)

“Qarabağ”

11

798

6

4

Junivan Suares (Braziliya)

“Gəncə”

11

849

6

5

Baçana Sxadadze (Gürcüstan)

“Simurq”

8

690

5

6

Sabir Allahquliyev

“Gəncə”

9

582

4

7

Flavinyo (Braziliya)

“Neftçi”

8

637

4

8

Uinston Parks (Kosta-Rika)

“Xəzər Lənkəran”

9

677

4

9

Rauf Əliyev

“Qarabağ”

10

788

4

10

Samir Zərgərov

“Gəncə”

10

800

4