Arif Əsədov: “İnter”lə görüşə 6 xallıq oyun kimi baxırıq
06.11.2010 - 00:00
“Növbəti derbiyə çıxacağıq. Çempionluğa oynayan 5-6 komanda var və onların hər biri ilə görüş bizim üçün derbi xarakteri daşıyır. Belə vacib matçlara 6 xallıq oyun kimi baxırıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Unibank Premyer Liqasının XII turunda son çempion “İnter”i qəbul edəcək “ağ-qaralar”ın çalışdırıcısı növbəti Bakı derbisində qələbə haqda düşünür. Ötən tur “Bakı”ya qalib gələn Əsədov güclü rəqiblərlə ardıcıl oynamağı faydalı sayır: “Bu, psixoloji hazırlıq baxımından da üstünlükdür. Əsas məsələ sabitliyi təmin etməkdir. Bu, həm heyət, həm də oyunla bağlıdır. Daha öncə heyət tam müəyyənləşmədiyindən, problem vardı. Ancaq bunlar artıq geridə qalıb. İndi komandamız sabit oyun göstərir və liderliyimizi davam etdirmək istəyirik”.
“Neftçi”nin “İnter”lə ötən mövsüm 6 görüşü uğursuz oldu. Həmin vaxt elə bu rəqibə məğlubiyyətdən sonra istefa verən Vaqif Sadıqovu əvəzləyən Əsədov “altılıq” və kubokda rəqibinə qalib gələ bilməmişdi. Cari mövsümdə buna nail olan gənc çalışdırıcı rəqibin son vaxtlar oyun planındakı dəyişikliyini qeyd edib: “Əslində, “İnter” həmin “İnter”dir. Bu komanda çempionluğa oynadığından, rəqibimizdir. Bizə qarşı böyük motivasiya ilə çıxacaq. Ola bilsin ki, komandada psixoloji yöndə problemlər var. Mən komandanın içində olmadığından, dəqiq bilmirəm. Özünəməxsus oyun üslubu, usta futbolçuları var. Sadəcə, son matçlarına baxanda oyun üslublarını dəyişdirilməsi nəzərə çarpır. Yəni, komanda daha çox müdafiə olunaraq, əks-hücumlara bağlayır. Bu, “Bakı” ilə oyunda göründü. Rəqibimiz görüşün əvvəlində qol vuraraq, arxaya çəkildi. “İnter” daha öncə baxımlı oyunu ilə seçilirdi. Ola bilsin ki, indi nəticəyə oynayırlar. Biz hər dəfə rəqibləri təhlil edib, hazırlığımızı, necə oynamağımızı buna uyğun müəyyənləşdiririk”.
Mehman SÜLEYMANOV

0
0