“Qarabağ” - Debütantların qənimi
06.11.2010 - 00:05
“Qarabağ” - Debütantların qənimi
“Qarabağ” cari mövsümdə 2-ci böyük hesablı qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, ağdamlılar Premyer Liqaya qayıdan komandaların qəniminə çevrilib.

Maraqlıdır ki, həm “Gəncə”, həm də MOİK-lə ev oyunları Tofiq Bəhramov adına Respublika stadionunda olub. Ümumiyyətlə, bu görüşlər arasında oxşar məqamlar yetərincədir. “Qarabağ” hər iki matçda fasiləyə hesabda 1:0 irəlidə yollanıb. Sonradan 2 qol vuran ağdamlılar 3:0 hesablı qələbə qazanıb. Özü də “Gəncə” və MOİK-lə oyunlarda Rauf Əliyevlə Georgi Adamiya qol vurub. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yerli həmkarları üzərində qələbəni bayram edir. Bu, “Gəncə”də Fuad İsmayılov, MOİK-də Ramil Əliyevlə görüşdə reallaşıb.

Qeyd edək ki, “Gəncə” ötən mövsüm I divizionun çempionu kimi 4 ildən sonra Premyer Liqaya qayıtdı. 2-ci olan MOİK-ə isə güclülər dəstəsinə dönmək üçün bir il yetdi.

II turdan təxirə salınan oyun

22 sentyabr

“Qarabağ” – “Gəncə” – 3:0

Rəşad Sadiqov, 32; Rauf Əliyev, 54; Georgi Adamiya, 78

XII tur

5 noyabr

“Qarabağ” – MOİK – 3:0

Georgi Adamiya, 17, Rauf Əliyev, 44, 49