Pelenin oğulları qarətlə üzləşdilər
05.11.2010 - 18:21
Fransanın “Marsel” klubunun futbolçuları Conatan və Andre Ayyu qarət olunublar. Apasport.az saytının məlumatına görə, iki qardaşın komandaları ilə birlikdə Çempionlar Liqasının “Jilina” ilə oyununda iştirak etmək üçün Slovakiyaya yollanması oğrulara şərait yaradıb. Şüşə qapını qıran cinayətkarlar Ayyu qardaşlarının yaşadığı evə giriblər. Onlar evdə olan qiymətli əşyaları aparıblar.
Qeyd edək ki, Qana yığmasının şərəfini qoruyan Conatan və Andre Afrika futbolunun əfsanələrindən sayılan Abedi Pelenin oğlanlarıdır.
Qeyd edək ki, Qana yığmasının şərəfini qoruyan Conatan və Andre Afrika futbolunun əfsanələrindən sayılan Abedi Pelenin oğlanlarıdır.
0
0