Dare Nibombenin komandası cəzalanmayacaq
06.11.2010 - 10:06
Dare Nibombenin komandası cəzalanmayacaq
Toqo Futbol Federasiyasının prezidenti postuna seçkilər keçirilib. Apasport.az saytının məlumatına görə, Qabriel Ameyi qurumun rəhbəri seçilib. Bununla da toqolular FİFA-nın tələbini yerinə yetirərərk sərt cəzalardan yaxasını qurtara bilib. Belə ki, dünta futbol qurumu seçkilərin noyabrın 6-na kimi keçirilməyəcəyi halda Afrika təmsilçisinə cəza tətbiq edəcəkdi. Bu isə bütün yığma və klub komandalarının yarışlardan kənarlaşdırılmasına kimi olacaqdı. Karyerasını Azərbaycanda davam etdirib “Bakı” klubunun şərəfini qoruyan Dare Nibombenin də üzvü olduğu Toqo milli komandası beynəlxalq oyunlardan kənar qalmayacaq.

Qeyd edək ki, Toqo Futbol Federasiyasının rəhbərliyi ötən ilin dekabrında FİFA-nın tələbi ilə istefaya göndərilmişdi. Son 11 ay müddətində isə quruma müvəqqəti komitə rəhbərlik edirdi.