“Qalatasaray”ın futbolçusu üçün yeni təklif
06.11.2010 - 10:24
Türkiyənin “Qalatasaray” klubu yarımmüdafiəçisi Elano Blumeri itirə bilər. Apasport.az saytının məlumatına görə, braziliyalı legioner vətənindən aldığı təklifi götür-qoy edir. Belə ki, “Santos” klubu Elanonu heyətinə qatmaqda israrlıdır. Artıq futbolçu və onun agenti ilə danışıqlara başlayan Braziliya klubu yarımmüdafiəçinin doğma komandaya qayıtmasını istəyir. Elə cənubi amerikalının özü də “Qalatasaray”ı tərk edib, xoşbəxtliyini başqa yerdə axtarmağın əleyhinə olmadığını bildirib.
“Santos”un prezidenti Luis Alvaro de Oliveyra məsələnin müsbət həllinə ümid etdiyini açıqlayıb: “Elano onsuz da klubumuzun tarixinə düşüb. Onun geri qayıtması sadəcə olaraq bir xəyaldır. Lakin hamımız bilirik ki, xəyallar da gerçəkləşir”.

0
0