“2 futbolçunu gözaltı etmişəm, biri “Styaua”, digəri “Sportul”da oynayır”
06.11.2010 - 11:13
“Xəzər Lənkəran” klubu qış transfer pəncərəsində iki rumıniyalı futbolçu transfer edə bilər. Apasport.az saytının məlumatına görə, klubun rumıniyalı baş məşqçisi Mirça Rednik komandasına daha iki həmyerlisini gətirmək niyyətindədir. Bir neçə gün əvvəl transfer edəcəkləri oyunçuları müəyyənləşdirdiyini açıqlayan mütəxəssis Rumıniya mətbuatına onların ikisinin həmyerlisi olacağını bildirib: “Mən iki futbolçunu gözaltı etmişəm. Onların biri “Styaua”, digəri “Sportul”da çıxış edir”.
Qeyd edək ki, hazırda Rednikin sərəncamında 4 həmyerlisi var: Adrian İordaçe, Stelian Stanku, Katalin Doman və Konstantin Arbanas.
Qeyd edək ki, hazırda Rednikin sərəncamında 4 həmyerlisi var: Adrian İordaçe, Stelian Stanku, Katalin Doman və Konstantin Arbanas.
0
0