Toni Adams: “Xəzər Lənkəran”ın necə yaxşı oynadığı görünür
06.11.2010 - 11:32
Toni Adams: “Xəzər Lənkəran”ın necə yaxşı oynadığı görünür
“Mirça Rednikin gəlişindən sonra “Xəzər Lənkəran”ın necə yaxşı oynadığı aşkar görünür”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.

İngiltərə futbolunun əfsanəsi Unibank Premyer Liqasının XII turunun bugünkü qarşılaşmasında üz-üzə gələcəkləri “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik haqqında fikirlərini açıqlayıb: “Komanda artıq əvvəlkindən tamamilə fərqlənir. O, yeni gələndə bunu demək olmazdı. Lakin indi Rednik komandaya eyni oyun üslubda oynamağı aşılayıb və artıq böyük oyunlarda nəyə qadir olduqlarını göstəriblər”.

Qeyd edək ki, “Xəzər Lənkəran” Unibank Premyer Liqasının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.