Azərbaycansayağı tərəqqi
14.01.2011 - 12:00
Azərbaycan futbolunun inkişafı digər postsovet məkanı ölkələrinin də diqqətindən yayınmır. Apasport.az saytının məlumatına görə, tərəqqiyə həsəd aparanlar arasında Qazaxıstan futbol ictimaiyyəti də var. Elə bu səbəbdəndir ki, bu ölkədən olan həmkarlarımız futbolumuzu özlərininki ilə müqayisə ediblər. Həmkarlarımızın həmin yazısını ixtisarla təqdim edirik.
***
Qazaxıstan futbolunda uğur və nailiyyətləri adətən Azərbaycanla müqayisə edirlər. Bu da daha çox onunla bağlıdır ki, artıq ikinci dəfə 2 ölkə milli komandaları seçmə mərhələdə rəqib olur. Həm də hər iki ölkə öz çempionatını postsovet məkanında 3-cü pilləyə qaldırmağa çalışır – Rusiya və Ukraynadan sonra.
Seçmə mərhələnin əvvəlində Qazaxıstan futbol ictimaiyyəti baş məşqçi Bernd Ştorkdan qonşuları məğlub etməyi tələb edirdi. Lakin indi bu səslər səngiyib. Axı bizim yığma nəinki Türkiyəni məğlub edib, heç onlara qol da vura bilməyib. Lakin Azərbaycan yığması isə türkiyəliləri məğlub etdi. Əlbəttə ki, bunun təsadüfi olduğunu söyləmək mümkündür. Lakin indiki vəziyyətdə yığmamızla oyunlarda onların qələbə qazanmaq şansı həddən artıq yüksəkdir. Bunu təkcə onların yığmasının nəticələri deyil, futbol təsərrüfatındakı durumu da bundan xəbər verir.
Birincisi, onların çempionatının səviyyəsi İFFHS-in reytinqində də bizimdən yuxarıdır. Konkret desək, ilk “yüzlük”dədir. İkincisi, bizimkilərdən fərqli Azərbaycan klubları tanınmış məşqçi dəvət etmək imkanı var. Onlarda heç də lider olmayan “Bakı”da Vinfred Şafer kimi mütəxəssis çalışır ki, o “bizim” Bernd Ştork və Holqer Fah – yığmamızın sabiq və gələcək baş məşqçiləri – ilə müqayisədə qat-qat sanballıdır. Axı onların heç biri nə Afrika kubokunu qazanıb, nə də Konfederasiyalar kubokunda 2-ci yeri tutub.
Yeri gəlmişkən bu günlərdə məlumat yayılıb ki, Şaferi “Latviya nağılı”nın yaradıcısı Aleksandr Starkov əvəzləyəcək. Belə mütəxəssisi heç bizim federasiya da yığmaya dəvət edə bilmir.
Azərbaycan çempionatında işləmiş və işləməkdə olanlar arasında Vlastimil Petrjela, Bülənt Korkmaz, Toni Adams, Anatoli Demyanenko və Mirça Rednik kimi məşhur simalar var. Yeri gəlmişkən, sonuncu Rumıniya yığmasının baş məşqçi postuna namizəd idi.
İki çempionatda çıxış edən legionerləri isə müqayisə etmək istəməzdim. Çünki öz ölkələrinin yığmasında oynamaqda olan oyunçuların sayı Azərbaycanda xeyli çoxdur. Onlar arasında futbol dünyasında yaxşı tanınanlar da var. Emil Mpenza, Uinston Parks, Robertas Poşkus, Andrey Rubin, Vadim Borets, Georgi Lomaya, Dmitri Kruqlov buna misaldır. Əvvəllər Valentin Belkeviç, Tomas Rajanauskas, Mixail Starostyak, Andrey Ştoltsers, İon Testimitsianu, Georgi Demetradze və Darius Jutautas kimilər də onların klublarında oynayıblar. Belə legionerlərin sayəsində çempionatın səviyyəsi qalxıb və yerli istedadlar da peyda olublar.
Yeri gəlmişkən, istedadlardan danışaq. Bu həftə 18 yaşlı Araz Abdullayev İngiltərənin “Everton” klubuna keçidi ilə bütün dünyanı təəccübləndirdi. Bundan başqa Türkiyə “Fənərbaxça”sı Amit Quluzadəni, Almaniya “Fortuna”sı Murad Hüseynovu, “Köln” isə Kamran Ağayevi heyətində görmək istəyir. Rusiya “Anji”sində çıxış edən Mahir Şükürov, Türkiyə “Əskişəhərspor”unda isə Rəşad Sadıqov heç də pis təsir bağışlamır. Bir sözlə belə qənaətə gəlmək olar ki, azərbaycanlı futbolçulara Avropa klublarında ehtiyac var.
Gənc kadrların yetişdirilməsinə Azərbaycanda böyük diqqət ayrılır. Yeniyetmə və gənclər yığmaları həm ölkədə, həm də İtaliya, Almaniya kimi yerlərdə təlim-məşq toplanışı keçirirlər. Qazaxıstanda isə belə diqqət haqda yalnız xəyal qurmaq olar.
Avrokuboklardakı nəticələr də səviyyə fərqini göstərir. Əsasən yerli futbolçulardan təşkil olunan Ağdamın “Qarabağ” klubu əvvəl 2, növbəti mövsüm isə 3 mərhələni keçir. Onun keçdikləri arasında avrokubokların təcrübəli döyüşçüsü Polşa “Visla”sı da var. Ən yaxşı Qazaxıstan klubu “Aktobe” isə yalnız 1 mərhələ adlayır. Ciddi rəqibləri keçmək isə - ümid edirik ki hələlik – hələ mümkün olmayıb.
Amma necə olursa olsun, meydanda canımızı da qoymaqla azərbaycanlıları evdə məğlub etməliyik. Azarkeşlər başqa nəticəni qəbul etməyəcək. Biz isə futbolun inkişafına yanaşmanın necə olduğunu göstərdik.

0
0