“Biznes qurmağa pul lazımdır, o da yoxdur” - MÜSAHİBƏ
17.04.2011 - 11:00
Azərbaycan yığmasının sabiq müdafiəçisi İlham Yadullayevin apasport.az saytına müsahibəsi
- Uzun müddət iddialı və aparıcı klublarda, eləcə də, ölkə xaricində legioner həyatı yaşadıqdan sonra “Bakılı”da çıxış etməyiniz nə ilə əlaqədardır?
- Bu, sırf futbol oynamaq istəyimlə bağlıdır. Çox adam deyir ki, gücün varsa, hələ oyna. Həm də klub rəhbərliyi oynamaqla yanaşı, baş məşqçiyə də kömək etməyimi istədi. “Bakılı”ya sırf futbol oynamaq üçün gəlməmişəm.
- Necə düşünürsünüz, futbolçu karyeranızı bitirməyin vaxtı çatmayıb?
- Əvvəl düşünürdüm ki, iddialı komandalardan təklif yoxdursa, karyeramı bitirim. Ancaq bu gün oynamağa özümdə güc tapıram. Həm də məşqçilik baxımından təcrübə toplayıram. Bu sahədə ilk addımlarımı atıram.
- Karyeranız ərzində “Neftçi”, “Şəmkir”, “Karvan”, “Kəpəz” kimi klublarla yanaşı, Ukrayna “Tavriya”sında və millidə çıxış etmisiniz. Futbolçu kimi layiq olduğunuz qiyməti almısınız?
- Futbolçu ömrü az olur. Bu qısa müddətdə gərək ad qazansan. Çünki sonra həmin ad sənə işləyəcək. Şükürlər olsun ki, az-çox müəyyən uğurlar əldə etmişik. Qazanca gəldikdə, bizim vaxtımızda belə pul-para olmayıb. O vaxtlar nə almışıq, dolanmaq üçün xərcləmişik.
- İndiki “pul seli”ndən kənarda qaldığınıza görə təəssüflənirsinizmi?
- Təəssüflənmək deyəndə, hər bir futbolçu cavan qalmaq istəyir. Sadəcə, ona görə heyfsilənirəm ki, yaş həmin yaş deyil. Yəni, gənc olsaydım oynayardım, eyni zamanda yaxşı qazanardım.
- Bəs ad, şöhrət baxımında, lazım olanı əldə etmisiniz?
- Məncə, qazanmışam. Bu, çox vaxt köməyimə də çatıb. İddialı komandalarda, eləcə də yığmada kifayət qədər oyun keçirmişəm. Bunun nəticəsidir ki, adım çəkiləndə tanıyıb, hörmət ediblər.
- İndi “day-dayılı” futbolçular az deyil və buna görə daim öz klublarında oynayır, yaxşı qazanırlar. Sizin necə, belə himayəçiniz olubmu?
- Birinci dəfədir ki, eşidirəm. Həmişə öz gücümə irəli getmişəm. Hansısa kluba, yığmaya oyunuma görə dəvət ediblər. Kimi nəzərdə tutursunuz, bunu deyə bilmərəm.
- Futbol oynayanda itirib-axtaran çox olur. Karyeranın bu çağında onlar yenə sizinlə maraqlanırlarmı?
- Əlbəttə. Elələri var artıq məşqçi kimi fəaliyyət göstərirlər.
- Bəs geriyə boylananda, nəyə təəssüflənirsiniz?
- Desəm ki, dünya və ya Avropa çempionu olmadığıma görə təəssüflənirəm, gülməli səslənər. Ən çox “Neftçi”dən ayrılmağıma təəssüflənirəm. Həmin mövsüm bu komanda “Birlik kuboku”nu qazandı. Ancaq mən titulsuz qaldım. Həmin il komandadan öz istəyimlə ayrılmışdım. Ancaq vaxtsız ayrılıq idi.
- Siz ölkə xaricində forma geyinən tək-tük futbolçularımızdansınız. Bəs bu axın indi niyə yoxdur? Pul onların gözünü o qədər “kor” eləyib?
- Pul söhbəti deyil. Güclü menecerlərimiz olmalıdır ki, futbolçularımızı düzgün təqdim edə bilsinlər. Xaricdə menecerlərin işinə fərqli yanaşırlar. Təbii ki, menecerlər də FİFA-nın lisenziyasına sahib olmalı, müqavilənin şərtlərini dərindən bilməlidirlər.
- Bu da faktdır ki, Azərbaycanı futbol ölkəsi kimi qəbul etmirlər. Ona görə də əksər yerlərdə futbolçularımıza etimad göstərmirlər...
- Böyük futbol ölkələrinə düşməyimiz, əlbəttə çox çətindir. Ukraynada oynamışam. Biz ora yığmanın üzvləri kimi, özü də menecersiz getmişdik. Mahmud Qurbanov, Cahangir Həsənzadə və mənimlə dərhal müqavilə imzaladılar. Danışıqlar öz aramızda oldu. Onlar üçün biz tapıntı hesab edilirdik. Ancaq reallığı nəzərə alsaq, menecerlə harasa getmək daha fərqlidir. Onda futbolçuya daha səviyyəli gözlə baxırlar. Görürlər ki, tək deyil, kimsə hüquqlarını qoruyur. Bizdə buna ehtiyac var.
- Özünüz də qeyd etdiniz ki, futbolçu ömrü qısa olur. Oynadığınız vaxtda qazandığınız pula özünüzə şərait qurmusunuz?
- Evim, şəraitim var. Amma ayrı bir qazanc yeri yoxdur. Bunu da qurmaq bacarıqdan asılıdır. Futbolçunun başı oynamağa qarışır. Biznesdən, oxumaqdan uzaq olur. Karyeranı bitirdikdən sonra görürsən ki, ortada heç nə yoxdur. Biznes isə elə işdir ki, gərək üzərinə düşəsən, maraqlanasan.
- Bəs bununla bağlı hansısa planlarınız varmı?
- Bunun üçün pul lazımdır, o da yoxdur.
- Veteran futbolçularla bir yerə yığılan vaxtı daha çox hansı mövzuda söhbət edirsiniz?
- Bugünkü işimizdən danışır, hansısa oyunu, gülməli əhvalatı xatırlayırıq.
- Bələ gülməli dediyiniz əhvalatlardan birini danışasınız?
- Cavanlıqla bağlı hadisələrdir. Qalsın sonraya. Bir də görürsən söhbət elədiyin insanla nə vaxtsa rəqib olmusan və başlayırsan həmin oyun zamanı baş verənlərdən danışmağa.
- Hansı oyunları daha çox xatırlayırsınız?
- Türkiyə, Portuqaliya ilə oyunları.
- O vaxtı heyət indikindən güclü olsa da, yenə nəticələr ürəkaçan deyildi.
- İndikilər də zəif deyil. Hər dövrün öz futbolu var. Bizim Avropa təcrübəmiz yox idi. Bir neçə futbolçu SSRİ çempionatında oynamışdı. Qalanları Azərbaycan çempionatında çıxış edirdi. Avropaya yığma sayəsində çıxırdıq. Elə toplanışlara da milli ilə gedirdik. Təcrübənin olmaması başqa ölkədə çıxış etməyimizə mənfi təsir göstərirdi. Ev oyunlarında həmişə yaxşı oynamışıq. İndi bütün klublar xaricə toplanışa gedir, oyunlar keçirirlər.
- Ailədə yolunuzu davam etdirən varmı?
- Oğlum “Bakı”nın məşqlərində iştirak edir. Hələ balacadır. Perspektivli olub-olmadığını demək erkəndir. Ən əsası həvəsi var.
- Çox vaxt bu cür seçimlərlə bağlı ailədə mübahisə yaranır. Ata oğlunu davamçısı, ana isə oxumuş ziyalı kimi görmək istəyir. Sizdə vəziyyət necədir?
- Məndən olsa, həm dərslərini oxuyar, həm də futbol oynayar. Ancaq bu çətindir. Dərs oxuyanda, futbol yaddan çıxırNecə olacağını gələcək göstərəcək. Futbol oynamaq istəyirsə, dərsdən bir qədər uzaqlaşmalı olacaq.

0
0