FİFA rəsmiləri “Dalğa Arena”da
10.11.2011 - 13:18
FİFA rəsmiləri “Dalğa Arena”da
FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin hazırlıq işləri ilə tanış olmaq üçün ölkəmizə gələn FİFA nümayəndə heyətinin səfəri davam edir. Apasport.az saytının məlumatına görə, noyabrın 9-da FİFA rəsmiləri AFFA tərəfindən inşası davam etdirilən 8-ci kilometr və Bayıl qəsəbəsindəki stadionlara baxış keçiriblər. Beynəlxalq futbol qurumunun nümayəndələri bu gün AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”ya gediblər. Qonaqlar səfər proqramı çərçivəsində həmçinin Bakıdakı bir sıra otellərlə tanış olublar.

Xatırladaq ki, tərkibinə Oliver Vogt (yarışların təşkili), Nerico Digues (inzibati işlər), Sonia Denouncourt (hakimlik), Kim Yew (marketinq), Alexandra Knoke (TV), Stefan Wistuba (HBS televiziyası), Monika Huser (media), Mathew Harding (otellərlə iş), Heike Ulrich (FIFA qadınlararası dünya çempionatı Almaniya 2011-in Yerli Təşkilat Komitəsinin üzvü), Kevan Pipe (Bilet satışı, Kanada Futbol Federasiyasının sabiq baş katibi), Dietmar Eufinger (arxitektura), Mayrilian Cruz Blanco (milli assosiasiyalar və inkişaf), Rolf Kaderli (İT menecer) və Oscar Orellananın (FIFA lisenziyalı konsaltinq şirkəti) daxil olduğu FİFA nümayəndə heyəti noyabrın 6-dan etibarən ölkəmizdə səfərdədir. FİFA rəsmilərinin səfəri noyabrın 12-də başa çatacaq.

Mənbə: affa.az
0