Azərbaycandakı dünya çempionatının tərəfdaşı müəyyənləşdi
22.11.2011 - 11:34
Azərbaycandakı dünya çempionatının tərəfdaşı müəyyənləşdi
2012-ci ildə Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının yerli tərəfdaşlarından biri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu, ölkənin aparıcı banklarından olan Xalq Bankdır. Əməkdaşlıq müqaviləsi FIFA-nın baş ofisində, İsveçrənin Sürix şəhərində imzalanacaq.

FİFA çempionatları həm FİFA partnyorları, həm də yerli tərəfdaşlar tərəfindən dəstəklənir. Qeyd edək ki, FİFA-nın rəsmi partnyorları SONY, Adidas, VISA, Emirates, Hyundai və Coca-Cola şirkətləridir.

FİFA U-17 qadınlararası dünya çempionatı 22 sentyabr - 13 oktyabr 2012-ci il tarixləri arasında Azərbaycanda keçiriləcək. Çempionat zamanı 16 ölkənin 17 yaşadək qadınlardan ibarət komandaları qarşılaşacaq. Bu, Avropada keçiriləcək ilk U-17 qadınlararası dünya çempionatıdır və Azərbaycanda təşkil olunacaq ən böyük futbol tədbiridir.

Mənbə: affa.az
0