“Xəzər Lənkəran” apelyasiya şikayəti edəcək
30.09.2012 - 14:05
“Xəzər Lənkəran” apelyasiya şikayəti edəcək
“Biz Ruslan Abışova göstərilən qırmızı vərəqə ilə razı deyilik”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran”ın rəisi Səməd Mustafayev məlumat verib.

Premyer Liqanın VII turunun “Turan”la səfər matçında “ağ-yaşıllar” 20-ci dəqiqədə azlıqda qalıb. Buna səbəbsə Ruslan Abışovun kobud oyuna görə meydandan qovulması olub.

Mustafayevin sözlərinə görə, həmin epizodda hakim qırmızı vərəqə göstərməli deyildi: “Çünki adi oyun epizodu idi. Bununla bağlı Apelyasiya şikayəti verəcəyik”.

Xatırladaq ki, dünən Tovuzda baş tutan qarşılaşmanı Rəhim Həsənov idarə edib.