“Neftçi”nin rəqibi Premyer Liqa klubu ilə müqayisə olundu
03.10.2012 - 15:50
Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan İtaliyanın “İnter” klubu sabiq futbolçusu Georgios Karaqunisin tənqid hədəfinə çevrilib. Apasport.az saytının məlumatına görə, hazırda İngiltərənin “Fulhem” klubunun şərəfini qoruyan Yunanıstan millisinin kapitanı Milan təmsilçisinin çatışmayan cəhətlərini açıqlayıb.
Oynadığı bu 2 klubu müqayisə edən Karaqunis bildirib ki, “neradzurra” təşkilati məsələlərdə geri qalır: “Heç kim “İnter”lə “Fulhem”i müqayisə etmək istəməz. Lakin elə məsələlər də var ki, orada italiyalıların üstünlüyü yoxdur. Xüsusilə, təşkilati məsələlərdə. Konkret olaraq, “Fulhem” Milan təmsilçisi ilə müqayisədə daha yaxşı təşkil olunub”.
Qeyd edək ki, Karaqunis “İnter”də 28 oyun keçirib.

0
0