“Xəzər Lənkəran”dan ayrılmaq fikrim yox idi”
12.03.2013 - 00:01
“Qarabağ”ın nigeriyalı hücumçusu Emeka Oparanın apasport.az saytına müsahibəsi
- Necə oldu ki, “Qarabağ”a gəlişiniz baş tutdu?
- Menecerim “Qarabağ”a hücumçu lazım olduğunu bildirdi. Əvvəllər ölkənizdə çıxış etdiyimdən, dərhal bu kluba keçməyə razılıq verdim. Çünki “Xəzər Lənkəran”da oynadığım vaxtdan “Qarabağ”ın hücum futboluna üstünlük verdiyini, müdafiəyəmeylli olmadığını bilirdim. Bu isə mənim ürəyimcə idi. Belədə bu klubla anlaşdım.
- Sonuncu klubunuz “Əl-Naser”lə məsələni necə həll etdiz? Transfer vərəqsini əldə etmək üçün “Qarabağ” Küveyt klubuna pul ödədi?
- Yox. Bu məsələni sabiq klubumla öz aramızda həll etdik. “Qarabağ”a keçidim də bu üzdən problemsiz alındı.
- Ancaq hələ də debüt etməmisiz. Bu nə ilə əlaqədardır?
- Meydana nə vaxt çıxıb-çıxmayacağıma qərarına çox hörmətlə yanaşdığım baş məşqçimiz cavab verə bilər. Düşünürəm ki, ilk vaxtlar formada deyildim deyə oynamırdım. Tədricən özümə gəlməyə, komandaya uyğunlaşmağa başlamışam. İndi mənə lazımdır ki, verilən şansdan yararlanıb meydanda özümü ən yaxşı tərəfdən göstərim.
- “Xəzər Lənkəran”dan Mirça Rednikin vaxtında ayrıldız. O vaxt klubdan ayrılmağınız ailə problemləri ilə əlaqələndirilmişdi...
- Həmin vaxt ortaq məxrəcə gələ bilməmişdik. Yoxsa “Xəzər Lənkəran”dan ayrılmaq fikrim yox idi.
- “Qarabağ”ın forması altında “Xəzər Lənkəran”a qarşı oynayacaqsız. Sizə sabiq klubunuza qarşı oynamaq çətin olmayacaq ki?
- Biz peşəkarıq. Peşəkar futbolçu isə hislərlə oynamamalıdır. “Xəzər Lənkəran”a qarşı matçlara peşəkar kimi yanaşacam.
- “Qəbələ” ilə kubok matçında mərhələ adlayan tərəf siz olduz. Zaqataladakı səfər matçı üçün hansı fikirdəsiz?
- Artıq ilk “altılıq” matçlarına qədəm qoyacağıq. Bu üzdən “Simurq”u evində də məğlub edib yolumuza davam etmək istəyirik. Ancaq bu elə də asan olmayacaq. Çünki rəqib də 3 xal qazanmaq istəyəcək.
Səbuhi TOFİQOĞLU

0
0