FİFA İcraiyyə Komitəsinin üzvünə ağır cəza verdi
11.03.2013 - 22:08
FİFA İcraiyyə Komitəsinin üzvünə ağır cəza verdi
FİFA İcraiyyə Komitəsinin üzvü şri-lankalı Vernon Manilal Fernandonu 90 günlük vəzifəsindən uzaqlaşdırdığını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Fernandonun 3 ay müddətinə futbolla əlaqədar bütün fəaliyyətlərdən uzaq qalmasına səbəb olan cəza isə onun Asiya Futbol Konfederasiyasının hesablarının məqsədinin xaricində istifadə edildiyi iddiası ilə açılan istintaqdır.

Qeyd edək ki, Fernando 2011-ci ildə FİFA prezident seçkilərində sui-istifadə etdiyi üçün futboldan ömürlük uzaqlaşdırılan qətərli Mohamed Min Hammamın yaxın dostu olduğu deyilir.