Fatih Terim: Uduzsaq məyus olaram
12.03.2013 - 00:31
“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günündə “Şalke” ilə matçdan əvvəl mətbuat konfransı təşkil edib. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı alman klubuna qarşı çətin bir matça çıxacaqlarını ifadə edib.
O, yaxşı bir komanda ilə mübarizə aparacaqlarını ifadə edib: “Hər gün daha yaxşıya gedən bir “Şalke” ilə oynayacağıq. İstanbuldakı nəticə rəqib üçün bir üstünlükdür. Yaxşı bir komanda ilə mübarizə aparacağımızı bilirik. Ancaq biz də avrokuboklarda təcrübəli bir komandayıq. Bu tip hallardan üstünlük təmin edərək növbəti mərhələyə keçməyi bacardıq. Futbolçularıma güvənirəm. Ümid edirəm ki, boş qapıya, dirəklərə deyil, bu dəfə topu tora daxil edəcəyik”.
Terim iki komandanın son günlərdəki çıxışını müqayisə edib: “Bir baş məşqçi olaraq, son günlərdə “Şalke”nin formada olduğunu düşünürəm. Biz Türkiyə çempionatındakı çıxışımızdan daha yaxşı oynayacağımızı düşünürük. Baxaq sabah iki komanda bu arenada necə oynayacaqlar? Bu matçın atmosferi çox fərqli olacaq. Oyun 90 dəqiqədir. Amma uduzsaq məyus olaram və çox kədərlənərəm”.

0
0