“Ancaq Cüneyt Çakırın anası bilər”
12.03.2013 - 02:09
Yohan Kroyff Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günündə “Mançester Yunayted” – “Real” matçını idarə edən Cüneyt Çakırı tənqid edib. Apasport.az saytının məlumatına görə, hollandiyalı veteran futbolçu UEFA-nın bu tip qərarlara daha həssas olmasının lazım olduğunu vurğulayıb.
O, Çakırı yalnız anası həqiqətən yaxşı tanıya bilər ifadəsini işlədib: “UEFA tez-tez hörmətdən söz edir. Amma bunun çox təmin edilə bilmədiyi də ortada deyilmi? “Mançester Yunayted”lə “Real” arasında oynanan matça türk hakimin təyin edilməsi qərarına baxmanız kafi olacaqdır. Bu hakimi yalnız anası həqiqətən yaxşı tanıya bilər. Ağlı başında hansı adam belə bir çətin matça bu hakimi təyin edər? Türk dostumuz bunu bacara bilmədi”.
Qeyd edək ki, “Mançester Yunayted”in 1:0 hesabı ilə üstün olduğu matçda Çakır Naniyə birbaşa qırmızı vərəqə göstərib və bundan sonra “Kral klubu” üstünlüyü ələ alaraq oyundan (1:2) qalib ayrılıb. Bu qələbədən sonra “Real” növbəti mərhələyə keçib.

0
0