Soçidə Rusiya futbolunun inkişaf strategiyası müzakirə ediləcək
12.03.2013 - 02:50
Soçidə Rusiya futbolunun inkişaf strategiyası müzakirə ediləcək
Martın 13-dən 15-dək Soçidə 2020-ci ilə qədər Rusiya Federasiyasında futbolun inkişaf strategiyasına həsr edilən Rusiya Futbol İttifaqının və FİFA-nın birgə seminarı keçiriləcək. Apasport.az saytının məlumatına görə, seminarda FİFA ilə yanaşı Rusiya Federasiyasının Dövlət duması, Rusiya Mini futbol və Rusiya Futbol İttifaqı, Rusiya Bədən Tərbiyəsi və İdman, Cənubi və Şimali-Qafqaz Federal dairələrinin Regional Futbol Federasiyaları sahəsində regional icra hakimiyyəti orqanları, həmçinin futbol federasiyalarının regionlararası birləşmələrinin prezidentləri iştirak edəcək.