Martins Amerika klubuna keçəcək
12.03.2013 - 03:50
Martins Amerika klubuna keçəcək
“Levante”də forma geyinən Obafemi Martins Amerika Futbol Liqasında (MLS) çıxış edən “Sittl Sounders”ə keçəcəyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, bunu nigeriyalı hücumçu “Twitter”də bildirib.

Qeyd edək ki, Martins 2001-2006 mövsümündə “İnter”in şərəfini qoruyub. 2006-2009 mövsümündə isə o, “Nyukasl”a transfer olunub. Premyer Liqa macərasında sonra Obafemi “Volfsburq”a keçib. Burada çıxış etdiyi bir mövsümdən sonra Martins “Rubin”ə yollanıb. O, 1.5 mövsümdür ki, “Levante”də forma geyinir.