“Latsio” 10 min avro cərimələndi
12.03.2013 - 05:48
“Latsio” 10 min avro cərimələndi
İtalyan A seriyasının Nizam-İntizam komitəsi “Latsio”nu 10 min avro cərimələyib. Apasport.az saytının məlumatına görə, buna çempionatın 28-ci turunda “Fiorentina” (0:2) ilə qarşılaşmada Roma təmsilçisinin azarkeşlərinin UEFA prezidenti Mişel Platinini təhqir edən dörd bannerin çıxartmaları səbəb olub.

Qeyd edək ki, ali futbol qurumu daha öncə “Latsio”nu avrokuboklarda iki oyunluq cəzalandırmışdı.