“Qroyter Fyurt”a məşqçi təyin edildi
12.03.2013 - 06:12
“Qroyter Fyurt”a məşqçi təyin edildi
Bundesliqanın autsayderi “Qroyter Fyurt”a yeni baş məşqçi təyin edilib. Apasport.az saytının məlumatına görə, bu, Frank Kramerdir. O, ötən ay komandadan uzaqlaşdırılan Mixail Byuskensanı əvəzləyib.

“Qroyter Fyurt” rəhbərliyi 40 yaşlı mütəxəssislə 2015-ci ilə qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Kramer əvvəllər “Hoffenhaym”ın ikinci komandasını çalışdırıb. Daha sonra isə o, “Qroyter Fyurt”un 19 və 23 yaşlılardan ibarət komandasında işləyib.