UEFA Sesar Navasın cəzasını azaltdı
12.03.2013 - 07:05
UEFA Sesar Navasın cəzasını azaltdı
Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun komandası “Rubin” Avropa Liqasının 1/4 final mərhələsinə keçdiyi təqdirdə, onun müdafiəçisi Sesar Navas Kazan klubuna kömək edə biləcək. Apasport.az saytının məlumatına görə, Tatarıstan təmsilçisinin xahişi ilə UEFA oyunçunun cəzasını 3 matçdan 2-yə endirib.

Qeyd edək ki, Navas Avropa Liqasının 1/16 finalında “Atletiko” ilə cavab görüşündə qırmızı vərəqə ilə cəzalanmışdı. O, artıq 1 oyunu – “Levante” ilə qarşılaşmanı buraxıb.