“Qalatasaray” hücumda yaxşı oyunçulara sahibdir”
12.03.2013 - 07:41
“Şalke”nin baş məşqçisi Yens Keller Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günündə “Qalatasaray”la matçdan əvvəl mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, o, Klaas-Yan Huntelaarın zədələnməsi ilə əlaqədar olaraq sualları cavablandırıb.
Keller hollandiyalı futbolçunun xidmətindən yararlana bilmədiyi üçün bunları ifadə edib: “Huntelaarı itirmək, əlbəttə pis oldu. Amma mən bununla bağlı şikayət etməyəcəyəm. Daha əvvəl də onun zədələndiyi dövrlərdən keçdik və belə bir vəziyyətlə necə mübarizə apardığımızı bilirik”.
Yens “Qalatasaray”a qarşı necə bir oyun planlaşdırdığı ilə bağlı da açıqlama verib: “Məndən həmişə necə oynayacağımızı soruşurlar. Sizə bunu söyləyə bilərəm. “Qalatasaray” hücumda yaxşı oyunçulara sahibdir. Biz tamamilə müdafiə və ya mərkəzdə oynamayacağıq. Belə oynamağımızın bir məntiqi yoxdur. Gözləyib görərik”.
Qeyd edək ki, dekabrın 16-da rəsmi olaraq “Şalke”də vəzifəyə gətirilən Yens Keller indiyə qədər komandası ilə çıxdığı 10 matçda 4 qələbə, 3 məğlubiyyət və 3 heç-heçəyə nail olub.

0
0