Millimiz yunanları məğlub etdi
12.03.2013 - 09:40
Millimiz yunanları məğlub etdi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz Yunanıstanda təlim-məşq toplanışında ilk matçına çıxıb.

Millimiz "Xalkida" komandası ilə qarşılaşıb. Nikolay Adamın yetirmələri 3:1 hesabı ilə qələbə qazanıb. Yunanıstan təmsilçisinin qapısından topları Vüqar Əlibabayev, Renat Ağaverdiyev və Mahir Mədətov keçirib.

Mənbə: affa.az