Yığmamız Estoniyadan qisas aldı
12.03.2013 - 09:59
Rusiyanın Soçi şəhərində təşkil olunan "Kuban baharı" beynəlxalq turnirində 19 yaşadək qızlardan ibarət yığma komanda (U-19) ilk qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Patrisiya Qonsalesin yetirmələri 9-12-ci yerlər uğrunda oyunda Estoniyanın 1994-cü il təvəllüdlü qızlardan təşkil olunmuş yığması ilə qarşılaşıb.
Komandamız Aysun Əliyevanın vurduğu qol sayəsində 1:0 hesabı ilə qalib gəlib. Yığmamız turnirdə növbəti oyununu sabah saat 11:30-da meydan sahibi olan Rusiyaya qarşı keçirəcək.
Qeyd edək ki, U-19 qrup mərhələsində Rumıniyaya 0:1, Estoniya və Ukraynaya isə 0:2 hesabı ilə yenilmişdi.

0
0