Milli komandamızın üzvü darmadağın gördü
12.03.2013 - 10:32
Milli komandamızın üzvü darmadağın gördü
17 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü olan Qazıməhəmməd Qurbanov qış fasiləsində “Anji”nin aşağı yaş qruplarından əvəzedici komandaya götürülüb. Apasport.az saytının məlumatına görə, milliləşdirilmiş futbolçunun rəsmi debütü uğursuz olub.

Belə ki, martın 16-da 17 yaşını tamamlayacaq gənc futbolçu “Mordoviya” ilə səfər görüşündə darmadağın görüb – 0:3. Meydana ilk “11-lik”də çıxan Qurbanov isə 56-cı dəqiqədə erməni Yuri Udunyanla əvəz olunub.