“Əskişəhərspor”un azərbaycanlı futbolçuları bir yerdə - FOTO
12.03.2013 - 11:28
“Əskişəhərspor”un azərbaycanlı futbolçuları bir yerdə - FOTO
“Əskişəhərspor” Əskişəhər Vilayəti Yetişdirmə Yurdunu ziyarət edib. Apasport.az saytının məlumatına görə, komandanın məşqçi və futbolçu heyəti kimsəsiz uşaqlara forma, top, idman geyimləri və qida məhsulları paylayıb.

Ziyarətdə “Əskişəhərspor”un əslən azərbaycanlı olan futbolçusu Sərvət Çətinlə milli komandamızın müdafiəçisi Ufuk Budak da iştirak edib. Sonda uşaqlar futbolçularla şəkil çəkdirib, onlardan imza alıb.