“Kəpəz” məşqlərinə yekun vurdu
12.03.2013 - 21:14
“Kəpəz” məşqlərinə yekun vurdu
Sabah AZAL-ı qəbul edəcək “Kəpəz” bu gün oyunun keçiriləcəyi “Dalğa Arena”da matç öncəsi son məşqinə çıxıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, hazırlıq prosesi saat 12:00-da başlayıb və 45 dəqiqə sürüb.

Yükləmələrdən azad olan futbolçular əsasən toplu çalışmalar üzərində işləyiblər. Komanda üzvləri məşqin sonunda qapıya doğru zərbələr endiriblər.

Qeyd edək ki, “Kəpəz” – AZAL qarşılaşması sabah saat 15:00-da başlayacaq.