Miranda “Atletiko” ilə yeni müqavilə imzaladı
12.03.2013 - 22:07
Miranda “Atletiko” ilə yeni müqavilə imzaladı
Madrid “Atletiko”sunun müdafiəçisi Miranda klubu ilə müqaviləsinin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu daha 3 il də ispan klubunun şərəfini qoruyacaq.

2016-cı ilə qədər “Atletiko” ilə müqavilə imzalayan 28 yaşlı oyunçu klubun rəsmi saytına bununla bağlı fikirlərini bildirib: “Çox xoşbəxtəm. Yeni bir müqavilə imzalamaq üçün çalışırdım və bunu da bacardım. İki tərəf üçün də olduqca yaxşı bir razılaşma oldu. “Atletiko”da özümü evimdəki kimi hiss edirəm. Madrid sevdiyim bir şəhərdir. Burada çox xoşbəxtəm”.

Qeyd edək ki, 2011-ci ildə “Sao Paulo”dan İspaniya klubuna transfer olunan Miranda bu komanda ilə çıxdığı 78 matçda 5 qola imza atıb.