Sneyder və Droqba ilk “11-lik”də
12.03.2013 - 22:18
Sneyder və Droqba ilk “11-lik”də
“Qalatasaray”ın start heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günündə “Şalke” ilə qarşılaşacaq “Cim-Bom”un baş məşqçisi Fatih Terim ilk dəqiqələrdən meydana buraxacağı heyəti açıqlayıb.

Təcrübəli çalışdırıcı İstanbulda keçirilən oyunda olduğu kimi komandanın yeni transferləri Uesli Sneyder və Didye Droqbaya yenə ilk “11-lik”də şans verəcək.

“Qalatasaray”ın start heyəti:

Fernando Muslera, Albert Riera, Dani, Semih, Emmanuel Ebue, Melo, Selcuk İnan, Uesli Sneyder, Həmid Altıntop, Burak Yılmaz, Didye Droqba.