Yığmamızın futbolçusu oynamadı, komandası heç-heçə etdi
12.03.2013 - 22:48
Azərbaycan millisinin futbolçusu Şamil Qurbanovun yeni transfer olunduğu Rusiyanın “Baltika” klubu Rusiya I divizionunun 23-cü turu çərçivəsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandasının rəqibi “Ximki” olub.
Kalininqradda baş tutan görüşdə qalib müəyyənləşməyib - 1:1. Yığmamızın futbolçusu Qurbanov isə “18-lik”də yer alsa da meydana buraxılmayıb.
Qeyd edək ki, “Baltika” Rusiya I divizionunda 34 xalla 7-ci pillədə qərarlaşıb.

0
0