“Barselona” ilə “Milan”nın start heyətləri müəyyənləşdi
12.03.2013 - 23:00
“Barselona” ilə “Milan”nın start heyətləri müəyyənləşdi
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günündə qarşılaşacaq “Barselona” ilə “Milan”nın start heyətləri bəlli olub. Apasport.az saytının məlumatına görə, komandalar oyuna aşağıdakı tərkibdə çıxacaqlar:

“Barselona”: Valdes, Daniel Alves, Pike, Maskerano, Alba, Xavi, İnyesta, Buskets, Vilya, Messi, Pedro Rodriqes.

“Milan”: Abyatti, Mekses, Salata, Abate, Boatenq, Flamini, Montolivo, Konstan, Ambrozini, Nyanq, Əl-Şaaravi.

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk matçda “Milan” rəqibini 2:0 hesabı ilə məğlub etmişdi. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.