Arsen Venger: Qeyri-mümkün heç nə yoxdur
13.03.2013 - 00:20
Arsen Venger: Qeyri-mümkün heç nə yoxdur
“Arsenal”ın baş məşqçisi Arsen Venger Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günündə “Bavariya” ilə qarşılaşmadan öncə fikrilərini bildirib. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı alman klubunun gücünü qiymətləndirib.

Fransalı mütəxəssis futbolçularına inandığımı ifadə edib: “Bavariya” Avropanın ən güclü klublarından biridir. Hesab edirəm ki, o heç nə ilə güzəşt etmir. Bizim qarşımızda ən mürəkkəb məsələ durur. Amma qeyri-mümkün heç nə yoxdur. Biz gücümüzlə hər şey edəcəyik və mən oyunçularıma güvənirəm. Münhenlilərin üstünlüyü ondan ibarətdir ki, onlar öz çempionatında liderlik edirlər”.

Qeyd edək ki, bu komandalar arasında baş tutan ilk matçda “Bavariya” “topçular”ı 3:1 hesabı ilə məğlub etmişdi.